Minsk eşitsin, ruslar işğalçıdır - Ukrayna

Minsk eşitsin, ruslar işğalçıdır - Ukrayna

Rusiya sərhədində keçən ilin yazından əhəmiyyətli dərəcədə fərqlənən hərbi insident yoxdur.

Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

O, Belarusdakı vəziyyətin fərqli olduğuna diqqət çəkib:

"Vəziyyəti yaxından izləyirik. Hazırda Belarusda təlim keçirən rus əsgərləri hücum qrupundan çox işğalçı birlik kimi görünür və Ukraynadan çox Minsk üçün təhdid yaradırlar. Belarusa qarşı istənilən addım Ukraynanın maraqlarına ziddir. Mən Minskin də bunu eşitməsini istəyirəm".

 

Mənbə: axar.az