Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı

Vilayət Eyvazov bölmə rəisini işdən çıxardı

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Day.Az-ın unikal.org-a istinadən məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.

Qeyd edək ki, həmin bölmədə aparılan xidməti yoxlama nəticəsində bir neçə polis zabitinə də töhmət verilib.

Mənbə: news.day.az