Türkiyə XİN-dən açıqlama: Pakistanın yanındayıq!

Türkiyə XİN-dən açıqlama: Pakistanın yanındayıq!

Türkiyə olaraq Pakistanın terrorla mübarizəsində hər zaman yanında olduğumuzu bir daha bəyan edirik.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Hücum zamanı həyatını itirənlərin ailələrinə, Pakistan xalqına və hökumətinə başsağlığı veririk", - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Pakistan ordusunun 10 hərbçisi Bəlucistan vilayətində terrorçu qruplaşmalarla qarşıdurma zamanı həlak olub.

Mənbə: axar.az