Ukraynaya hücum Avropada əks-səda doğuracaq - Fransa XİN

Ukraynaya hücum Avropada əks-səda doğuracaq - Fransa XİN

"Ukraynanın ərazi bütövlüyünə olacaq hər hansısa hücum Avropada əks-səda doğuracaq."

Redaktor.az Fransa KİV-nə istinadən xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-İv Le Drain RTL radiosuna açıqlamasında bildirib.

O, minlərlə rus əsgərinin Ukrayna ilə sərhəddə olduğunu və vəziyyətin çox ciddiliyini deyib.

Nazir Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini də sözlərinə əlavə edib.

Qeyd edək ki, Le Drian, bununla belə, Rusiya Prezidenti Vladimir Putini öz öhdəlikləri ilə qarşı-qarşıya qoymaq üçün Rusiya ilə dialoqun vacib olduğunu düşündüklərini və bu dialoqun inkişaf edə biləcəyini vurğulayıb.

Sübhan Şərif

Mənbə: redaktor.az