Azərbaycandan açıqlama gözləyirik… – Mirzoyan

Azərbaycandan açıqlama gözləyirik… – Mirzoyan

Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyasına başlamaq təklifi ilə bağlı Azərbaycandan açıqlama gözləyir.

Sozcu.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Soruşsanız ki, niyə demarkasiya və delimitasiya ilə bağlı təkliflər Azərbaycan üçün qəbuledilməzdir – hələ dəqiq bilmirik, təkliflər dəqiqləşmə mərhələsindədir. Müzakirələr davam edir, hansı hissənin onlar üçün qəbuledilməz olduğu və hansı əsaslarla və hansı yeni həll yollarının mümkünlüyünü aydınlaşdırmağa çalışırıq”, – Mirzoyan bildirib.

Mənbə: sozcu.az