“Mən diktatoram, demokratiyanı başa düşmək mənim üçün çətindir” – Lukaşenkodan zarafatyana cavab - VİDEO

“Mən diktatoram, demokratiyanı başa düşmək mənim üçün çətindir” – Lukaşenkodan zarafatyana cavab - VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko zarafatla özünü diktator adlandırıb və Belarus demokratiyasının mahiyyətini açıqlaya bilməyib.

Bizim.Media xəbər verir ki, Belarus lideri bu fikirləri xalqa müraciətində bildirib.

Tədbirdə iştirak edənlərdən biri Lukaşenkodan belarus dilində demokratiyanı necə başa düşdüyünü izah etməyi xahiş edib.

Lukaşenkonun cavabı isə bu cür olub:

"Mən diktatoram, demokratiyanı başa düşmək mənim üçün çətindir".

Dövlət başçısı əlavə edib ki, o, demokratiyaya “azad dünya və demokratiyanın qalası – ABŞ”da göründüyündən fərqli baxır və bunun üçün ümumi qəbul edilmiş standartların olmadığını qeyd edib.

Mənbə: bizim.media