Stoltenberq: Ölkələri NATO üzvü olmağa məcbur etmirik!

NATO ölkələri alyans üzvü olmağa məcbur etməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

“NATO qapıları açıqdır, lakin NATO heç vaxt ölkələri bu qapıdan keçməyə məcbur etməyib. Biz müstəqil ölkələrin demokratik, müstəqil və azad qərarlarını gözləyirik. Heç vaxt ölkələri NATO üzvü olmağa məcbur etməyəcəyik, ölkələrin suveren qərarlarına hörmət edəcəyik”, - deyə baş katib bildirib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya-Ukrayna gərginliyi: Müharibə olacaqmı? - VİDEO

SONRAKI XƏBƏR

Nazir Kamandan Oxatma Federasiyasının problemləri ilə tanış olub