Əsədin həsəd aparılacaq ucalığı - VİDEO

Əsədin həsəd aparılacaq ucalığı - VİDEO

Ailənin tək oğul övladı, Vətənin isə qəhrəman oğullarından biri şəhid, kapitan Əsəd Həsənov… Tarix yazaraq şahadətə ucalan igidimiz 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində anadan olub. Əsəd 7-ci sinifdə oxuyanda artıq hərb yolunu seçir.. 2003-cü ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verən Əsəd müvəffəqqiyyətlə oraya daxil olur. 2006-cı ildə Hərbi Liseyi bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olur. Oranı da uğurla bitirərək təlimlərdə iştirak edir.

Hərbi qulluqda olan oğlunun görüşünə Əsəddən icazəsiz getməyən ata, bu dəfə də sovqat apararaq onu görməyə gedir. Oğlunun vətənə olan sevgisi, qorxmazlığından danışan Fərhad Həsənov deyir ki, onun şəhid olduğu səngərə gedib.

Şəhidin xanımı Reyhanə Əsədi görməmiş onunla evlənməyə razılıq verir. Əvəzsiz həyat yoldaşı, qayğıkeş ata kimi onu xatırlayan Reyhanə deyir ki, kaş onu daha tez tanıyardı, 4 il bir yerdə keçirdikləri illəri heç nə ilə əvəz etmək olmaz

Şəhidin atası Fərhad Həsənov müharibənin başlamasını televiziyadan eşidir. Şəhid olacağı sanki ürəyinə daman Əsəd atası ilə son telefon danışışğında vəsiyyət edərək oğlu Hüseynə atasının qəhrəman olacağını çatdırır


Şəhidin xanımı Reyhanə Əsədi görməmiş onunla evlənməyə razılıq verir. Əvəzsiz həyat yoldaşı, qayğıkeş ata kimi onu xatırlayan Reyhanə deyir ki, kaş onu daha tez tanıyardım, 4 il bir yerdə keçirdiyimiz illəri heç nə ilə əvəz etmək olmaz

Qeyd edək ki, şəhid, kapitan Əsəd Həsənov vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mənbə: www.realtv.az