Rusiya prezidenti sərəncam imzaladı - Ömürlük həbs ediləcəklər

Rusiya prezidenti sərəncam imzaladı - Ömürlük həbs ediləcəklər

Rusiya Prezidenti Vladimir Putin pedofillərin ömürlük həbsi haqqında sərəncam imzalayıb.

Ednews xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Qərar 18 yaşına çatmamış bütün şəxslərin cinsi toxunulmazlığına qarşı cinayət törətmiş şəxslərə, habelə ilk dəfə, lakin bir neçə uşağa qarşı cinayət törətmiş şəxslərə şamil edilib.

Qeyd edək ki, qanun layihəsi “Vahid Rusiya” tərəfindən hazırlanıb. Dövlət Duması bunu yanvarın 18-də üçüncü oxunuşda, Federasiya Şurası isə yanvarın 26-da qəbul edib.

Qərar Cinayət Məcəlləsinin 131-ci “Zorlama” və 132-ci “Seksual xarakterli zorakılıq hərəkətləri” maddələrinə dəyişiklik edilməsini nəzərdə tutub.

Mənbə: ednews.net