Biz bundan dərs çıxarmalıyıq - Tokayev

Biz bundan dərs çıxarmalıyıq - Tokayev

Nur Otan Partiyası korrupsiyaya qarşı amansız mübarizənin önündə olmalı, bu böyük problemlə bağlı faydalı təşəbbüslər irəli sürməlidir. Sirr deyil ki, sistemli korrupsiya yanvar sarsıntısı üçün bir növ tətik oldu.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çıxış edib.

Baş verən hadisələrin Qazaxıstan cəmiyyətinin yetkinlik sınağından uğurla keçdiyini göstərdiyini qeyd edən Tokayev bundan dərs çıxarmalı olduqlarını vurğulayıb:

“Ancaq bu hadisələrin bütün səbəb və nəticələrini dərindən araşdırmaq lazımdır. Biz bu faciədən bütün dərsləri çıxarmalıyıq”.

Qeyd edək ki, ötən gün Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Nur Otan Partiyasının sədri vəzifəsindən istefa verib. Onun yerinə bu vəzifəyə hazırkı Prezidenti Qasım-Jomart Tokayev seçilib.

Mənbə: axar.az