Belarusa qaçan polşalı əsgər Haaqa tribunalına müraciət edib

Ötən ilin dekabrında Belarusa qaçan polşalı əsgər Emil Çeçko Haaqa Məhkəməsinə müraciət edib. AzVision.az xəbər verir ki, bu barədə o, videomüraciətində deyib.

"Mən öz əməllərimə görə məsuliyyət daşımağa hazıram. Vəkilim artıq Haaqa tribunalına ərizə təqdim edib. Ərizə qəbul edilib və çox güman ki, işə baxılacaq", - Çeçko söyləyib.

Qeyd edək ki, ötən il dekabrın 16-da Belarus sərhədçiləri tərəfindən Polşa Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü Emil Çeçko adlı şəxsin saxladığı barədə məlumat yayılmışdı. Qeyd olunmuşdu ki, hərbçi miqrasiya böhranı ilə bağlı və qaçqınlara qarşı qeyri-insani rəftara görə Polşanın yürütdüyü siyasətlə razılaşmadığını bildirərək, Belarusdan siyasi sığınacaq istəyib.

Pərvanə Sultanova


 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Mənzil bazarında qiymət indeksində cüzi artım olub

SONRAKI XƏBƏR

Elin Süleymanov: "Avropaya qaz tədarükünü artırmaq üçün uzunmüddətli müqavilələr olmalıdır"