Paşinyan həm “ərazi”, həm də “soyqırımı” iddialarından əl çəkib

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə normallaşma prosesini fürsət bilərək həm “ərazi”, həm də “soyqırımı” iddialarından əl çəkib. Nikol Paşinyan Türkiyə ilə normallaşma danışıqları davam etdiyi vaxt maraqlı mesajlar verir. Ötən gün İrəvanda jurnalistlərə açıqlama verən Paşinyan Ermənistanın Türkiyəyə qarşı iddialarından əl çəkdiyini açıqlayıb. İndiyədək “Böyük Ermənistan” ideyası ilə türk torpaqları üzərində “haqqı” olduğunu iddia edən Ermənistan bununla da bu siyasətdən əl çəkib. Rusiyada nəşr olunan “Vesti Kavkaza” qəzetinin məlumatına görə, Paşinyan indiyə qədər 1915-ci il hadisələrini “soyqırımı” kimi qələmə verən İrəvanın siyasətdən əl çəkəcəyini iddia edib. Rusiya mətbuatı yazır ki, Paşinyan bu məsələni məharətlə diasporun üstünə atıb. Paşinyanın “Böyük Ermənistan” xülyasından əl çəkdiklərini açıqlaması mətbuat konfransının ən maraqlı məqamı olub. Jurnalistlər Paşinyana sual veriblər ki, İrəvan Türkiyənin ilkin şərtlərini yerinə yetirməklə pan-erməni gündəmini dondurubmu, Ermənistan Türkiyənin ərazi bütövlüyünü, Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədləri tanımağa hazırdırmı? Paşinyan Ermənistanın heç vaxt pan-erməni siyasəti yürütmədiyini iddia edib və deyib: “Ermənistan heç vaxt Ermənistan-Türkiyə sərhədini şübhə altına almayıb. Ermənistan-Türkiyə sərhədini şübhə altına alacaq bircə dənə də olsun erməni lideri və ya hökuməti tapa bilməzsiniz və biz bu siyasətdən əl çəkməyəcəyik. Erməni soyqırımını tanımaq məsələsi ilə də həmişə diaspor və diaspor təşkilatları məşğul olub”. Səfurə, Paralel.az

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Messidən yeni paylaşım - Şəkil

SONRAKI XƏBƏR

Vaqif Mustafayev Çarli Çaplinin əsası ilə... - FOTO