"Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək" - Petrosyandan sensasion MÜSAHİBƏ

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1992-ci il "Komsomolskaya Pravda" qəzetinə müsahibəsinin yenidən yayılması Ermənistanda böyük ajiotaj yaradıb.

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, Petrosyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməsini sübut edən həmin müsahibə yenidən erməni cəmiyyətində geniş müzakirə olunur.

Qeyd edək ki, keçmiş prezident "Komsomolskaya Pravda"nın 1992-cil il 5 mart tarixli buraxılışında jurnalisə bunları bildirmişdi:

"Düşünmək istərdim ki, Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək. Bu, bizim mövqeyimizdir. Biz bunu istənilən səviyyədə müzakirə etməyə hazırıq".

Qeyd edək ki, Levon Ter-Petosyanın hakimiyyət illərində Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa daha yaxın idi

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Biləcəridə “Shacman” aşdı – FOTO

SONRAKI XƏBƏR

Azərbaycanın məşhur güləşçisi narkotikə görə saxlanıldı