Müğənni, millət vəkili... - İndi də prezident olmaq istəyir

Müğənni, millət vəkili... - İndi də prezident olmaq istəyir

Uqandanın tanınmış müğənnilərindən olan Bobi Vine 2021-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, hazırkı prezident Yoveri Museveniyə rəqib olacağını açıqlayıb.

Qeyd edək ki, Bobi 2017-ci ildə birtərəf namizəd olaraq deputat seçilib. Əsl adı Kyaqulyani Ssentamu olan ifaçı millət vəkili seçildikdən sonra hakimiyyəti sərt şəkildə tənqid etməsi ilə diqqət çəkib.

 

Milli.Az

Mənbə: news.milli.az