İsrailli nazirin oğlu Qəzzada həlak oldu

İsrailli nazirin oğlu Qəzzada həlak oldu

İsrailin sabiq Baş Qərargah rəisi, hazırkı hərbi kabinetin naziri Qadi Ayzenkotun kiçik oğlu Qal Qəzza zolağında döyüşlərdə həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“Herzliyadan olan ehtiyatda olan çavuş Qal Meir Ayzenkot Qəzza zolağının şimalında döyüş zamanı 25 yaşında həlak olub. Onun ailəsi hadisə ilə bağlı məlumatlandırılıb. İsrail Müdafiə Qüvvələri ailəsinə başsağlığı verir”, - məlumatda deyilir.

İsrailin Baş naziri Benyamin Netanyahu Qadi Ayzenkota və həyat yoldaşı Hanaya başsağlığı verib, Qal Ayzenkotu “cəsur döyüşçü və əsl qəhrəman” adlandırıb.

Mənbə: qafqazinfo.az