"Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması mümkündür" - Erməni deputat

"Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması mümkündür" -

Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması mümkündür.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri, hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı Sarqis Xandanyan jurnalistlərə açıqlamasında danışıb.

O qeyd edib ki, Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan Baş naziri Aparatının birgə açıqlaması buna müsbət zəmin yaradır.
Onun sözlərinə görə, bu açıqlama sülh sazişinin imzalanmasına müsbət təsir göstərə bilər:

“Çünki açıqlamada ən azı müsbət ifadələr var və bu da gələcək danışıqların daha rahat keçməsinə kömək edə bilər”.

Mənbə: bizim.media