“Putinlə razılığa gəldik...” – Ərdoğan

“Putinlə razılığa gəldik...” –

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Rusiya qazının Balkan və Avropaya qovşaq vasitəsilə nəqli məsələsində razılaşdığını açıqlayıb.

Türkiyə lideri məsələnin həlli üçün fəaliyyətlərin davam etdiyini deyib.

“Trakyanı Rusiyadan Balkana və Avropaya təbii qaz nəqli üçün mərkəz etmək əzmindəyik. Bu məsələdə Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəldik”, - Ərdoğan bildirib.

Mənbə: teleqraf.com