Putin seçkilərlə bağlı qərarını açıqladı

Putin seçkilərlə bağlı qərarını açıqladı

 

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Rusiya lideri bu barədə məlumatı Kremldə keçirilən tədbir zamanı elan edib.

Məlumata görə, Putin bu barədə Rusiya qəhrəmanlarına “Qızıl ulduz” medalının təqdim edilməsi mərasimindən sonra “Donetsk Xalq Respublikası”nın nümayəndəsi Artyom Joqaya bildirib. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də baş tutacaq.

Mənbə: qafqazinfo.az