“Anti-Rusiya sanksiyaları istənilən nəticələrə gətirib çıxarmır, lakin bu mövzu Avropa İttifaqında (Aİ) açıq şəkildə müzakirə oluna bilməz”.
Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər nəticəsində Rusiya əvvəllər aktiv olmadığı ərazilərdə daha müstəqil olub.
Slovakiya lideri qeyd edib ki, Aİ-də Rusiyaya qarşı sanksiyaların məqsədəuyğunluğu məsələsinin qaldırılması siyasi baxımdan düzgün deyil.
O qeyd edib: “Əgər siz bu mövzunu müzakirə etməyə çalışsanız və sanksiyaların işə yaramadığını qeyd etsəniz, sizə siyasi baxımdan səhv olduğunuz deyiləcək. Bu doğrudur, lakin Avropa Şurası çərçivəsində belə bir rəy xoş qarşılanmır”.
Mənbə: yenisabah.az