“Biz Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayırıq”.
Publika.az xəbər verir ki, bu barədə Avstriyanın Xarici İşlər Nazirliyinin "X" sosail media hesabındakı paylaşımında qeyd olunub.
"Biz Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyətləri barədə birgə bəyanatını alqışlayırıq. Bu, bütün Cənubi Qafqazın sabitliyinə, təhlükəsizliyinə və rifahına təkan olar. Biz Aİ ilə birlikdə bu səyləri dəstəkləməyə hazırıq",- deyə Avstriya XİN bildirib.
Mənbə: publika.az