Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə prezident seçkilərində iştirak etmək niyyətində olduğunu öz xarici həmkarları ilə müzakirə etməyib.
Bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
Belə ki, Peskov jurnalistlərin müvafiq sualına “Xeyr” deyə cavab verib.
Xatırladaq ki, V.Putin gələn il martın 17-də keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Mənbə: qafqazinfo.az