Qəzza universitetində HƏMAS-ın yeraltı infrastrukturu aşkarlandı - Fotolar

Qəzza universitetində HƏMAS-ın yeraltı infrastrukturu aşkarlandı - Fotolar

İsrail Qəzza universitetində HƏMAS-ın yeraltı infrastrukturunu aşkar etdiyini açıqlayıb.

Bu barədə İsrail Müdaifə Nazirliyinin sözçüsü, briqada generalı Daniel Haqari "X" səhifəsində məlumat verib. Onun sözlərinə görə, axtarışlar zamanı universitetin həyətindən başlayan və təxminən bir kilometr uzaqlıqdakı məktəbə qədər gedib çıxan yeraltı marşrut aşkarlanıb.

“İsrail ordusunun əsgərləri Şatti xəstəxanası yaxınlığında müşahidə məntəqəsindəki axtarışlar zamanı isə 200-ə yaxın radio, onlarla kamera və silah-sursat aşkar edib”, - deyə Haqari əlavə edib.




Mənbə: qafqazinfo.az