Çin ABŞ-ın “gözü önündə” nələr edir? – Rus ekspert

Rəsmi Pekinin Venesuela ilə bağlı siyasəti siyasi məqsədlərlə izah olunur. Burda əsas məqsəd Maduro hökumətinə dəstək verməklə Vaşinqtonla deyil, Moskva ilə əməkdaşlığı genişləndirməkdir.

Bu sözləri Axar.az-a rusiyalı politoloq, Uzaq Şərq üzrə ekspert Yuri Moskalenko Çinin iqtisadi itkilərə baxmayaraq, Maduro hakimiyyətini dəstəkləməsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, eyni zamanda, Çinin enerji təhlükəsizliyinin təmin edilməsi çox vacib məsələdir:

“Venesuela neftinin Sakit okean boyunca idxalının artması Çinin Hörmüz və Malacca boğazları vasitəsilə neft nəqli risklərini azaltmasına imkan verir. Yeri gəlmişkən, Hörmüz boğazında vəziyyət hər gün istiləşir. Buna görə də Çin enerji idxal kanallarının təhlükəsizliyinə və şaxələndirilməsinə xüsusi diqqət yetirir. Bundan əlavə, Venesuela dünyanın ən böyük kəşf edilmiş karbohidrogen ehtiyatlarına sahibdir.

Çin uzun müddət Venesuela rejimi üçün əsas kreditor və investor olub. Venesuelaya üz-üztə 83 milyard dollarlıq kredit verib. Bu Rusiya investisiyasından daha böyük rəqəmdir.

Son on beş il ərzində Çin Latın Amerikası ölkələrinə 150 milyard dollardan çox kredit verib”.

Politoloq vurğulayıb ki, Venesuelada yanvarın 21-də Prezident Nikolas Maduroya qarşı qəsdən kütləvi etiraz aksiyası başladıldı:

“Müxalifətin nəzarətində olan Milli Məclisin rəhbəri Quaido özünü dövlətin müvəqqəti dövlət başçısı elan etdi. Bəzi Qərb ölkələri onun tanıdı.

Venesueladakı daxili siyasi böhranın ilk mərhələsində Pekin sükunət və balanslı bir siyasət yürütdü. Rusiyadan fərqli olaraq, rəsmi Pekin yalnız Maduroya oynamadı, müxalifət də daxil olmaqla, müxtəlif qüvvələrlə danışıqlara başladı. Çünki o zaman kəsiyində Çin üçün əsas problem Venesuelada vətəndaş müharibəsi və dövlətin tam parçalanma riski idi. Bu halda Venesuela əvvəlki həcmdə Çinə neft tədarük edə bilməzdi. Ancaq Pekinin mövqeyi daha sonra dəyişdi. Mayın 30-da Çin Xalq Respublikasının Xarici İşlər nazirinin müavini Çinin Venesueladakı böhranı aradan qaldırmaq üçün Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu dilə gətirdi”.

Ekspertin fikrincə, Venesuala məsələsində Rusiyanın da, Çinin də oxşar maraqları var:

“Rusiya Venesuala ilə daimi ünsiyyətdədir və ölkənin daxili məsələlərinə xarici müdaxilənin əksinə çıxış edir. Çin tərəfi isə Venesuela məsələsində çoxtərəfli əməkdaşlıq və koordinasiyanı gücləndirmək üçün Rusiya ilə birlikdə addım atmağa hazır olduğunu dilə gətirib.

Çinin mövqeyində bu dəyişiklik, əsasən, ABŞ ilə ticarət müharibəsinin artmasına səbəb ola bilər. 10 may 2019-cu ildə ABŞ Çin məhsullarına ümumi vergini 200 milyard dollar artırdı. Çin məhsullarının vergisinin artırılmasından sonra Prezident Donald Tramp Amerika istehsalçılarını ÇXR ərazisindən çıxarmaq niyyətini açıqladı.

Bu şərtlərdə ABŞ ilə danışıqlar üçün Çin həm iqtisadi, həm də xarici siyasət sahələrində əlavə arqumentlərə ehtiyac duyur. Bu baş verənlərin fonunda antiamerika siyasətli Maduro ölkəsi Çinin işinə yaraya bilər.

Venesuelada kreditlər və investisiyaların həcmi Çin iqtisadiyyatının Amerika Birləşmiş Ştatları ilə ticarət müharibəsindən zəiflədilməsi ilə yaranan itkidən azdır. Beləliklə, 2019-cu ilin ilk yarısında Çin iqtisadiyyatının artım templəri 6,3% səviyyəsində yavaşladı. Bu barədə məlumatı çərşənbə günü Çin Dövlət Statistika İdarəsi yayımladı.

Çinin ÜDM-nin cari artım həddi 1992-ci ildən bu günə müşahidə olunan göstəricilərin ən aşağı həddindədir. Və əlbəttə ki, Çin iqtisadiyyatının bu dərəcədə zəifləməsi Çin və ABŞ arasında ticarət müharibəsinin nəticəsidir”.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Nura Suri verilişə o qədər qısa geyindi ki, oturanda örtə bilmədi - FOTO

SONRAKI XƏBƏR

Bu il də məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada aparılacaq