Amerika tərəfi Qəzza zolağında dərhal atəşkəs çağırışlarını dəstəkləmir, çünki bu, “növbəti müharibənin toxumlarını səpəcək”.
Bu mövqeyi ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında bildirib:
"Birləşmiş Ştatlar həm israillilərin, həm də fələstinlilərin təhlükəsiz yaşaya biləcəyi davamlı sülhü qəti şəkildə dəstəkləsə də, biz dərhal atəşkəs çağırışlarını dəstəkləmirik. Bu, yalnız növbəti müharibənin toxumlarını səpəcək, çünki Fələstinin radikal HƏMAS hərəkatı qalıcı sülh və iki dövlətin probleminin həllini görmək istəmir”.
Vud həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar “qalan girovları azad etmək üçün mümkün olan hər şeyi edir”.
"Müharibə Qəzza zolağında dinc əhali üçün heç də az faciəvi deyil. Mülki əhali arasında iztirabların miqyası dağıdıcı və ürək ağrıdandır", - diplomat əlavə edib.
Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski daha əvvəl demişdi ki, Rusiya iki aydır BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəs tələb etməməsindən son dərəcə məyusdur.
Mənbə: www.bakupost.az