Avropa İttifaqı Ukraynaya daha 500 milyon ayırır - Tanklar, artilleriya qurğuları...

Avropa İttifaqı Ukraynaya daha 500 milyon ayırır - Tanklar, artilleriya qurğuları...<span class="qirmizi"></span>

Avropa İttifaqının (Aİ) Xarici siyasət rəhbəri Jozep Borrel bildirib ki, Ukraynaya əlavə 500 milyon avro hərbi yardım ayıracaq.

Mayın 13-də Almaniyanın şimalında G7-nin xarici işlər nazirlərinin görüşü çərçivəsində danışan Borrel hərbi yardımın tanklar və artilleriya kimi ağır silahlardan ibarət olacağını vurğulayıb. Əlavə edib ki, Aİ-nin Ukraynaya yardımını 2 milyard avroya çatdıracaq. Borrel Rusiya neftinə embarqo qoyulması üzrə razılaşmanın bir neçə günə əldə olunacağına inamını bildirib. “Biz Rusiyadan neft asılılığından canımızı qurtarmalıyıq”, – Aİ-nin aparıcı rəsmisi sözlərinə əlavə edib.

Britaniyanın Xarici işlər naziri Liz Trass Ukraynaya daha çox silah göndərməyə çağırıb: “Hazırda Ukraynaya daha çox silah göndərməklə, sanksiyaları gücləndirməklə Rusiya Prezidenti Vladimir Putinə təzyiqi saxlamağımız çox vacibdir. Bu böhranda azadlıq və demokratiyanın qorunmasında G7-nin vəhdəti çox vacibdir və biz bu yöndə işimizi davam etdirəcəyik".

"AzPolitika.info"

Mənbə: azpolitika.info