Paşinyanın heykəli 4-cü dəfə təhqir edilib

Paşinyanın heykəli 4-cü dəfə təhqir edilib<span class="qirmizi"></span>

Ermənistanın İcevan şəhərində Baş nazir Nikol Paşinyanın heykəlinin başı dördüncü dəfə qoparılıb.

Bu barədə “Report” “Hraparak”a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə dünən qeydə alınıb. Məlumata görə, naməlum şəxslər həmçnin heykəli qırmızı rəngə boyayıblar.

Xatırladaq ki, Paşinyanın heykəli avtomobil yolunda quraşdırılıb, lakin 3 dəfə dağıdılandan sonra heykəl kilsənin həyətinə köçürülüb və dördüncü dəfə kilsənin həyətində sındırılıb.

Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir.

Mənbə: report.az