Narazılıqlar var, aksiyalar başlaya bilər - Voronin

Narazılıqlar var, aksiyalar başlaya bilər - <span class="qirmizi">Voronin</span>

Moldova müxalifəti növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün kütləvi etiraz aksiyaları təşkil edə bilər, çünki yerli sakinlər hakimiyyətdən narazıdırlar.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Moldovanın keçmiş prezident Vladimir Voronin çıxış edib.

“Lazım gələrsə, hakimiyyətdən ya normal işləməyi, ya da getməyi tələb etmək üçün kütləvi şəkildə etiraz aksiyası keçirə bilərik. Mənə elə gəlir ki, tezliklə belə bir zərurət yarana bilər, ölkədə heç kim indiki vəziyyətə uzun müddət dözə bilməyəcək, artıq bizdən növbədənkənar parlament seçkilərinə nail olmağı tələb edirlər”, - eks-prezident vurğulayıb.

Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi variantı qaçılmazdır, çünki hətta onların tərəfdarları da hakimiyyətin hərəkətlərindən məyusdur.

Mənbə: axar.az