Ermənistanda müxalifət gəlsə, müharibə edəcək? – Naumov

Ermənistanda müxalifət gəlsə, müharibə edəcək? – <span class="qirmizi">Naumov</span>

Ermənistanda müxalifət mitinqləri Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında vəziyyəti dəyişə bilməz.

Axar.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov deyib.

“Müxalifətin hipotetik, lakin mənim fikrimcə, tamamilə qeyri-mümkün qələbəsi olsa belə, nə baş verəcək, yeni müharibə olacaq? Buna kim icazə verəcək? Hətta hipotetik müharibə olsa belə, Ermənistan növbəti dəfə məğlub olacaq. Çünki onun silahlı qüvvələrinin vəziyyəti Azərbaycan Ordusunun vəziyyətindən fərqli olaraq, yaxşılaşmayıb.

Ermənistanda mitinqlərlə bağlı əhalinin dəstəyi yoxdur. Heç müxalifət də əhaliyə gələcəklə bağlı nəsə təqdim etmir. Onları hansı həyat tərzinin gözlədiyi bəlli deyil. Müxalifət sadəcə Qarabağda qisas almaqdan danışır. Müxalifət Paşinyanı tənqid edir, amma hakimiyyətə onlar gəlsə, nələrin dəyişəcəyinə cavab vermir. Müxalifətin mitinqləri gələcəyə hansısa alternativ baxış üçün etiraz aksiyalarından daha çox narazılıq mitinqlərinə bənzəyir”, - ekspert bildirib.

Mənbə: axar.az