Britaniya kəşfiyyatı: "Rusiya Ukraynada saxta referendumlar keçirə bilər"

Britaniya kəşfiyyatı: <span class="qirmizi">"Rusiya Ukraynada saxta referendumlar keçirə bilər"</span>

“Xersonda Rusiyanın yaratdığı hərbi-mülki administrasiya Moskvadan Xerson vilayətini Rusiyaya birləşdirməyi xahiş edəcəkləri barədə açıqlama yayıb”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Bunun üçün saxta referendumlar keçirilə bilər. Rusiya Ukrayna ilə bağlı siyasi məqsədlərinə çata bilməyib. Moskva Xersonda Rusiyaya üzvlük referendumu keçirsə, nəticələri manipulyasiya edəcək. Xerson vilayətinin vətəndaşları, çox güman ki, Rusiya işğalına qarşı öz etirazlarını nümayiş etdirməyə davam edəcəklər”, - məlumatda bildirilib.

Mənbə: report.az