Ermənistan 5 il ərzində 15 kiçik və orta su anbarı tikmək istəyir

Ermənistan 5 il ərzində 15 kiçik və orta su anbarı tikmək istəyir<span class="qirmizi"></span>

Ermənistan Baş naziri Nikol Paşinyanın Niderland Krallığına rəsmi səfəri çərçivəsində ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan beynəlxalq su əlaqələri üzrə xüsusi elçi Henk Ovink ilə görüşüb. Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Henk Ovink erməni nazir Sanosyana öz təcrübəsini, su təsərrüfatı sahəsində indiyədək görülən işləri, qeydə alınan uğurları, innovativ həllərin tətbiqini təqdim edib.

“Nazir qeyd edib ki, Ermənistanda su anbarlarının tikintisi işləri fəal aparılır, hökumət qarşıya 5 il ərzində 15 kiçik və orta su anbarının tikilməsi, suvarma sisteminin təkmilləşdirilməsi vəzifəsini qoyub. Nazir bu kontekstdə Hollandiya ilə əməkdaşlığın, beynəlxalq təcrübənin və metodların Ermənistanda lokallaşdırılmasının müsbət qarşılanacağını vurğulayıb. Görüş zamanı Niderland ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün digər imkanlar müzakirə olunub”, - deyə məlumatda bildirilib.
 

 

Mənbə: ordu.az