Metyu Brayza səfir olduğu zaman gizli qalan məqamları açıqladı

Metyu Brayza səfir olduğu zaman gizli qalan məqamları açıqladı<span class="qirmizi"></span>

“Blinkenin İlham Əliyevə zəng etməsi xəbərini eşitmək mənim üçün xoş oldu. Azərbaycanda səfir olduğum müddətdə dəfələrlə Amerikaya deyirdim ki, ABŞ və Azərbaycan arasındakı kontaktların güclənməsi çox vacibdir”

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib.


“Mən əminəm ki, həm Bayden, həm də Blinken Azərbaycanın strateji əhəmiyyətini yüksək qiymətləndirirlər.Bura Azərbaycanın sülhə doğru atdığı addımlar da daxildir”, - deyə o alavə edib.

Rusiyanın Cənubi Qafqazdakı yekun sülhə mane olduğunu bildirən keçmiş səfir bu mövqenin başqa ərazilərdə də baş verdiyini vurğulayıb:

“Göründüyü kimi Rusiya aqressiv tərəfdir. Təkcə Azərbaycan və Ermənistan arasında deyil, eləcə də Gürcüstan və Moldova daxilində gərginlik yaradaraq sülh proseslərini ləngitməyə çalışır. Yeri gəlmişkən, deyə bilərəm ki, Rusiya Cənubi Qafqazda konstruktiv mövqe nümayiş etdirmir”.

ABŞ dövlət katibi Blinkenin bu günlərdə sırf Azərbaycan və Ermənistan arasında sülh prosesinin həllinə fokuslandığını bildirən Brayza, Azərbaycanın Amerika üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb:

“Qeyd edim ki, Azərbaycanın digər bir əhəmiyyəti onun neft və qaz ölkəsi olması ilə bağlıdır. Rusiyanın Ukraynaya hücumundan sonra Azərbaycan məhz bu cəhətdən Avropa və Amerika üçün aparıcı ölkəyə çevirilib”.

Cənubi Qafqazada yekun sülhün yaranması üçün səfir Amerika və Avropa İttifaqının hal-hazırda ortaya qoyduğu mövqeyi açıqlayıb:

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün liderlərin və XİN başçılarının üz-üzə, tez-tez görüşmələri lazımdır. Həmçinin, Avropa İttifaqı Şərq tərəfdaşlığı sammiti çərçivəsində tərəflərə dəstək verməyə çalışır. Amerika isə bunun birbaşa təmasların güclənməsi şəklində həllinin tərəfdarıdır”.
 

Mənbə: bizim.media