Nazir Mirzoyanın həyat yoldaşını çalışdığı şirkətdən qovublar

Nazir Mirzoyanın həyat yoldaşını çalışdığı şirkətdən qovublar<span class="qirmizi"></span>

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qohar Abajyan bir aydan çoxdur ki, “Volo” şirkətindən qovulub.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzetinin yazdığına görə, sonuncunun işdən çıxarılması müxtəlif suallara səbəb olub və şirkət işçilərini onun işdən çıxarılmasının səbəbi təəccübləndirib.

Bir çoxları onun işdən çıxarılmasını istefaya səbəb kimi şərh edirdilər, çünki o, həm də əri Ararat Mirzoyanın rəsmi ezamiyyətdə olduğu bütün ölkələrə səfər edib.

Qəzet mövqe öyrənmək üçün Qohar Abajyanla şəxsən danışmağa çalışsa da, lakin o, mesajlara və telefon zənglərinə cavab verməyib.

Mənbə: olke.az