İran parlamentinin vitse-spikeri Azərbaycana səfər edəcək

İran parlamentinin vitse-spikeri Azərbaycana səfər edəcək<span class="qirmizi"></span>

Bakı. Elnur Bağışov - Trend:

İran parlamentinin sədr müavini Əli Nikzad İqtisadi ƏməkdaşlıqTəşkilatı (İƏT) Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Bu barədə Trend İranın Azərbaycandakı səfirliyinə istinadən məlumat verib.

Səfər çərçivəsində vitse-spikerin bu gün Naxçıvana səfəri vəNaxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşü planlaşdırılır.

Səfirlik qeyd edib ki, Ə.Nikzad iki günlük səfər çərçivəsində Bakıda İƏT Parlament Assambleyasının iclasında çıxış edəcək və birsıra ikitərəfli görüşlər də keçirəcək.

Mənbə: az.trend.az