Putin buna görə müharibə başlatdı

Putin buna görə müharibə başlatdı<span class="qirmizi"></span>

Moskvanın başlatdığı müharibə dünya təhlükəsizliyinin əsaslarını sarsıtmaq məqsədi daşıyırdı. Suveren ölkənin məhvi və Şimali Atlantika Alyansı daxilində iğtişaşlar Rusiya rəhbərliyinin arzuladığı nəticə idi, lakin buna nail ola bilmədilər.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Prezident Putin Ukraynanı müstəqil ölkə kimi məhv edə və NATO-nu parçalaya biləcəyini düşünərək bu qəddar və səbəbsiz müharibəni başlatdı. Əvəzində o, ancaq Ukraynanın suverenliyini və müstəqilliyini möhkəmləndirdi. NATO həmişəkindən daha güclü, daha zəngin, daha sıxdır”, - Blinken bildirib.

Mənbə: axar.az