Rusiya Finlandiya və İsveçi hədələyib

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO-ya daxil olmaq niyyətini açıqlayan İsveç və Finlandiyanı hədələyib.

“Report” xəbər verir ki, bu barədə XİN rəsmisi “RİA Novosti”yə danışıb.

Onun sözlərinə görə, İsveç və Finlandiyanın Alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək:

“Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı. Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret addımlardan asılı olacaq”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Bu mahnını anama həsr edəndə müharibə başladı” - VİDEO

SONRAKI XƏBƏR

MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"