Müharibə zamanı düşmənin Zəngilan üzrə cavabdeh olan komandiri necə qaçıb? – DETALLAR

 

Ermənistan İstintaq Komitəsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Andranik Makaryanın işi üzrə ibtidai istintaqı başa çatdırıb. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, iş nəzarəti həyata keçirən prokurora göndərilib.

“Andranik Makaryana qarşı Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 4-cü hissəsi ilə ittiham irəli sürülüb. Baş Qərargah rəisinin keçmiş müavini Andranik Makaryanı bu maddə ilə 7 ildən 13 ilə qədər həbs gözləyir. 21 oktyabr 2020-ci ildə Makaryan Zəngilanda xüsusi döyüş tapşırığını yerinə yetirmək üçün cavabdeh olub. İstintaq Komitəsi müəyyən edib ki, ona tabe olan qrupun bir hissəsi “N” saylı hərbi hissənin komandiri A.A.-nın başçılığı altında Zəngilan şəhərinin girişində mühasirəyə düşüb.

“Bənzər şəraitdə A.M. özünə tabe olan şəxsi heyətə “geri çəkilmə” əmri verərək Qafan şəhərinə qayıdıb, bu cür fəaliyyətlər nəticəsində mühasirəyə düşmüş, A.A.-nın rəhbərlik etdiyi 62 nəfərlik qrup rəqib ilə qeyri-bərabər döyüş şəraitində köməksiz qalıb, 62 nəfərlik qrupun 40 hərbi qulluqçusundan 5-i əsir düşüb, 12-si öldürülüb, qalan 23 hərbi qulluqçunun, eləcə də 1 avtobus sürücüsünün olduğu yer bu günə qədər naməlumdur”, - deyə İstintaq Komitəsinin məlumatında bildirilib.

Andranik Makaryan Zəngilan üzrə cavabdeh olub. Müdafiə Nazirliyinin daxili mənbələrindən öyrənə bildik ki, o, hamıya qarşı “hərəkətsizlik” göstərməyib və hamının “qeyri-bərabər döyüş”də ölməsinə imkan verməyib. “O, keçmiş müavini Nşanyanın komandir olan oğlunu çıxarıb, qaçırıb, qalanlarını isə ölümə tərk edib”, - deyə Müdafiə Nazirliyinin mənbəsi bildirib. Əldə etdiyimiz məlumata görə, A.A. komandirdir, Andranik Makaryanın tabeliyində olanlardan biridir. Onun adını 2020-ci ilin dekabrında oğulları itkin düşən, Eçmiədzindəki hərbi hissənin yaxınlığında nümayişə çıxan valideynlər verib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

“Bu mahnını anama həsr edəndə müharibə başladı” - VİDEO

SONRAKI XƏBƏR

MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"