Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb: - "Bizim əməliiyyatlar qətiyyətlə davam edir

Milli Müdafiə Nazirliyi 4-ü Pəncə-1, 3-ü Pəncə-Kilit, 2-si Pəncə-Pələng bölgəsində olmaqla ümumilikdə 9 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Press.az xəbər verir ki, nazirliyin sosial media hesabında yer alan açıqlamada yazılıb:

"İraqın şimalındakı terrorçulara yuvalarına basqın etməyə davam edirik. Pəncə-1-də 4, Pəncə-Kilitdə 3, Pəncə-Pələng bölgəsində 2 olmaqla cəmi 9 PKK terrorçusu Qəhrəman Komandolarımız tərəfindən zərərsizləşdirilib. Bizim əməliyyatlar qətiyyətlə davam edir”.

Zeynab Hüseyn

Press.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya XİN: Putinlə Baydenin telefon danışığı müzakirə olunmur

SONRAKI XƏBƏR

İraqda qum fırtınası: tədris dayandırıldı