Müşavir: "Rusiya hiss edir ki, Ukraynanın əks-hücumunun qarşısını almaq mümkünsüzdür"

"Rusiya Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində əks-hücumunun qarşısının alınmasının mümkünsüzlüyünü hiss edir”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

“Fikrimcə, Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində əks-hücumunun qarşısının alınmasının mümkünsüzlüyünü Rusiya da hiss edir. Ona görə də onlar bizim əks-hücumun qarşısını almaq məqsədilə körpüləri partladır, xaotik şəkildə geri çəkilir”, - o vurğulayıb.

Məlumata görə, Rusiya hərbçiləri İzyum yaxınlığındakı bölmələri ilə Xarkova hücuma keçməyə hazırlaşır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Məftun Abbasov: “Gələn ildən uşaqlar Şuşada məktəbə gedə biləcəklər” - MÜSAHİBƏ + FOTO

SONRAKI XƏBƏR

Estoniyanın baş naziri Aİ liderlərini Putinə zəng etməməyə ÇAĞIRDI