Rusiya Ukraynanın iki Su-25 təyyarəsini vurdu

Rusiya Ukraynanın iki Su-25 təyyarəsini vurdu<span class="qirmizi"></span>

Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini vurub.

"Unikal"ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Nikolayev vilayətinin Yevgenovka və Velika Kamışevaxa yaşayış məntəqələri ərazilərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini havada vurub. Həmçinin Xarkov vilayətinin Malaya Kamışevaxa, Snejkovka, Şpakovka, İvanovka və Xerson vilayətinin Çernobaevka ərazilərində “Smerç” reaktiv yaylım atəş sisteminin 18 raketi vurulub", deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov Rusiya hava hücumundan müdafiə sistemlərinin İlan adası yaxınlığında Ukraynanın Su-24 bombardmançı təyyarəsini vurduğunu da söyləyib. O, ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemlərinin iki Tu-143 "Reys" daxil olmaqla, 10 pilotsuz uçuş aparatını vurduğunu da qeyd edib.

Mənbə: www.unikal.org