Lukaşenkodan Ukrayna ilə bağlı gözlənilməz etiraf

Lukaşenkodan Ukrayna ilə bağlı gözlənilməz etiraf<span class="qirmizi"></span>

Belarus prezidenti Aleksandr Lukaşenko müşavirədə ölkənin ordu quruculuğu ilə mövqeyini açıqlayarkən Ukrayna praktikasına diqqəti çəkib.

“Ölkə.Az” xəbər verir ki, tədbirdə çıxış edən Lukaşenko deyib: “…Yenə də Ukrayna dərsi. Ukraynanın silahlı qüvvələrinin effektiv mobil dəstəyə malik olduğu bəlli oldu. Çox gözlənilmədən və çevik formada qarşı tərəfə yaxınlaşaraq sarsıdıcı zərbə endirir. Baxmayaraq qarşı tərəf onlardan qat-qat üstündür. Bununla belə onlar hətta qarşı tərəfin arxa cəbhəsində yenidən toparlanan ordusuna zərbə endirməyi bacarır”.

Mənbə: olke.az