İran Vyanaya qayıtmaq üçün şərt irəli sürdü

İran Vyanaya qayıtmaq üçün şərt irəli sürdü<span class="qirmizi"></span>

İran İslam Respublikası Avropa İttifaqının Vyana danışıqlarında koordinatoru Enrike Moranın Tehrana səfəri zamanı nüvə razılaşması üçün bir sıra xüsusi təşəbbüslər və təkliflər irəli sürüb. AzVision.az İRNA-ya istinadən xəbər verir ki, bunu mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib. Onun sözlərinə görə, avropalı nümayəndə İran xarici işlər nazirinin müavini və İran nümayəndə heyətinin rəhbəri Əli Baqiri Kani ilə konstruktiv danışıqlar keçirib:

“Biz təkliflərimizi ispan diplomatı vasitəsilə çatdırdıq və indi Vaşinqtondan onlara cavab gözləyirik. ABŞ İranın təşəbbüslərinə cavab verərsə, biz Vyanaya qayıda bilərik. Vaşinqtonda siyasi qərar qəbul edilərsə, bu, danışıqları irəli aparmaq üçün yaxşı stimul olacaq. ABŞ prezidenti Cozef Bayden nəhayət, nüvə sazişi üzrə öhdəliklərinə əməl edəcəyinə, yoxsa sələfi Donald Trampın siyasətini davam etdirəcəyinə qərar verməlidir”.

İlkin Nəcəfzadə
 

Mənbə: azvision.az