Ermənistan müxalifəti mövqeyini dəyişdi: “Azərbaycan və Türkiyə ilə danışıqlara hazırıq”

Aprelin 25-dən Ermənistan müxalifətinin başladığı aksiyalar heç bir nəticə vermir. Baş nazir Nikol Paşinyanın xain elan edən və onun istefasını tələb edən etiraz aksiyalarına qoşulanların sayə günnü-gündən azalır.

Herbiand.az xəbər verir ki, dünən keçirilən mitinqdə “Vətən” partiyasının sədri, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan yeni həftədə yeni taktika ilə hərəkət edəcəklərini bildirmişdi.

Elə həmin mitinqdə Daşnaksütyun ali orqanının nümayəndəsi İşxan Saqatelyan isə hazırkı hakimiyyətin devriləcəyi təqdirdə xalqın və dövlətin maraqları çərçivəsində Azərbaycan və Türkiyə ilə danışıqlara hazır olduqlarını bildirib.

Herbiand.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə “SAT” imtahan suallarını satan azərbaycanlılar saxlanıldı

SONRAKI XƏBƏR

Rusiyadan Finlandiyaya TƏHDİD: "NATO-ya üzv olsanız..."