Rusiya TAPŞIRIQ VERDİ – “Ukraynanın bu iki bölgəsi yaxın aylarda...”

“Rusiya tərəfindən işğal olunmuş Zaporojye və Xerson vilayətlərini bir neçə aydan sonra “referendum”a hazırlamaq tapşırılıb”.

Gundem.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

“Ruslar Enerqodarda mövqelərini möhkəmləndirməyə. Bu məqsədlə bir çox yaşayış məntəqələrində kriminal dəstələrin gözətçilərini yerləşdirirlər”, - Denisenko bildirib.

Denisenko rusların yaxın aylarda “referendum üçün zəmin” hazırlamağa başladığını da vurğulayıb:

“Rusiyadan işğalçılara bir neçə aydan sonra “referendum”a getmək göstərişi var. Amma onlar hələ bu “referendum”un nədən ibarət olduğunu başa düşmürlər, amma bütün diqqətlərini “referendum”un keçirilməsinə yönəldəcəklər”.

Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Gennadi Laquta isə açıqlama verərək bildirib ki, işğalçılar “referendum” üçün sakinlərin pasport məlumatlarını toplayırlar.

O hesab edir ki, Xerson sakinləri Ukraynanı dəstəkləyirlər, ona görə də “referendum”a getməyəcəklər.

Məlumatına görə, ruslar 2014-cü ildə müvəqqəti işğal olunmuş Krımda olduğu kimi, Xerson vilayətində də “əhalinin siyahıya alınması”nı həyata keçirməyi planlaşdırırlar. (teleqraf)

Gundeminfo.az

ƏVVƏLKİ XƏBƏR

İranda əfqanıstanlı qaçqınların ORQANLARI OĞURLANIR

SONRAKI XƏBƏR

Azərbaycanlı aktrisa xəstəxanaya yerləşdirildi - Sinəsində şiş AŞKARLANIB