Çin XİN Finlandiyanın NATO-ya mümkün üzvlüyünə münasibət bildirib

Finlandiyanın NATO-ya daxil olması bu ölkənin Çinlə münasibətlərinə təsir edəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian mətbuat brifinqində deyib.

“Finlandiyanın NATO-ya daxil olması şübhəsiz ki, Çin-Finlandiya münasibətlərində yeni faktorlar yaradacaq”, - mətbuat katibi bildirib.

Diplomat qeyd edib ki, Pekin bütün maraqlı tərəflərin qarşılıqlı faydalı əsasda dinc dialoq vasitəsilə təhlükəsizliyin təmin edilməsi üçün etibarlı regional çərçivə yaradacağına ümid edir:

“Çinin bu məsələdə mövqeyi dəyişməz və birmənalıdır.

Bütün tərəflərin narahatlığı nəzərə alınmalıdır. Yalnız bu halda Avropada uzunmüddətli sülh mümkündür”.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Gürcüstan azərbaycanlı turistlərdən 23 milyon dollar gəlir əldə edib

SONRAKI XƏBƏR

İran Vyanaya qayıtmaq üçün şərt irəli sürdü