Millət vəkili şəhidin ailəsi ilə görüşdü

Millət vəkili şəhidin ailəsi ilə görüşdü<span class="qirmizi"></span>

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva I Qarabağ müharibəsi şəhidi Kamandar Əhmədovun həyat yoldaşı Validə Əhmədova və oğlu Kamran Əhmədovla görüşüb.

Axar.az xəbər verir ki, şəhidin anım günü ərəfəsində baş tutan görüş zamanı millət vəkili onları dinləyib, qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, şəhid Kamandar Məmməd oğlu Əhmədov (03.11.1962–20.04.1994) I Qarabağ müharibəsində döyüşüb, xidmətinin 6-cı həftəsində Füzulidə şəhid olub.

Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.

3 övladı yadigar qalan şəhid Kamandar Əhmədovun ailəsinə dövlət tərəfindən Xırdalan şəhərində mənzil verilib.

Mənbə: axar.az