Rusiya: Buna dözməyəcəyik, gərginlik artacaq

Rusiya: <span class="qirmizi">Buna dözməyəcəyik, gərginlik artacaq</span>

Rusiya İsveç və Finlandiyanın NATO-ya daxil olmasını qəbul etməyəcək və bununla barışmayacaq.

“Ölkə.Az” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, heç kim Rusiyanın Finlandiya və İsveçin NATO-ya daxil olmasına sadəcə dözəcəyi ilə bağlı illüziyalara qapılmasın, onların bu addımı səhvdir.

“Brüsseldə, Vaşinqtonda və NATO-nun digər paytaxtlarında olduğu kimi, sadəcə olaraq buna dözəcəyimiz barədə heç bir illüziya olmamalıdır . Yəni hərbi gərginliyin ümumi səviyyəsi artacaq”, - Ryabkov bildirib.

Mənbə: olke.az