Rusiya Ordusu İzyum yaxınlığında toplanan qüvvələrlə yeni hücum əməliyyatına hazırlaşır

Rusiya Ordusu İzyum yaxınlığında toplanan qüvvələrlə yeni hücum əməliyyatına hazırlaşır<span class="qirmizi"></span>

Rusiya Ordusu Ukraynanın İzyum şəhərində cəmləşdirdiyi qüvvələrilə hücum əməliyyatlarına hazırlaşır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından xəbər verilib.

“Xarkov istiqamətində düşmən əsas səylərini mövqe tutmağa və qoşunlarımızın Ukraynanın Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində irəliləməsinin qarşısını almağa cəmləşdirir. Rus işğalçıları Dovgenke, Russkiye Tişki, Ternovaya və Petrovka (Xarkov vilayəti) yaşayış məntəqələri ərazilərində mülki infrastrukturu artilleriyadan atəşə tutublar. Düşmən “Orlan-10” PUA-dan istifadə etməklə hava kəşfiyyatı aparıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya ordusu bir neçə həftə ərzində Xarkov istiqamətində aktiv hücum əməliyyatları aparsa da, Ukrayna Silahlı Qüvvələrinin müqavimətinə tab gətirə bilməyib və qoşunları tədricən geri çəkməyə başlayıb.

Mənbə: www.oxu.az