“Ukrayna Krım və Donbası geri ala bilər” – ABŞ diplomatı

“Ukrayna Krım və Donbası geri ala bilər” – ABŞ diplomatı<span class="qirmizi"></span>

"Ukrayna Silahlı Qüvvələri artıq Kiyev və Xarkovdan rus əsgərlərini geri qovub və buna görə də onların Rusiya tərəfindən işğal olunmuş Krımı və Donbası da azad edə biləcəklərini güman etmək məntiqlidir".
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvin “Avropa pravdası” nəşrinə müsahibəsində səsləndirib.
Diplomatın sözlərinə görə, ABŞ həmişə Krım və Donbası Ukraynanın ərazisi kimi tanıyıb.
O, Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusunu bütün işğal olunmuş ərazilərdən çıxarmasında maraqlı olduğunu deyib: “Kiyevə lazım olan qədər silah verməyə hazırıq”.
“Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik! Və bunu etmək üçün hər gün çalışırıq. Birləşmiş Ştatlar artıq Ukraynaya hər hansı digər dövlətdən daha çox silah tədarük edib və biz bunu davam etdirəcəyik”, deyə Kvin bildirib.
Diplomat yekunlaşdıraraq qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçərsə, Rusiya ordusunu nə qədər geri atmaq qərarı yalnız Ukraynadan asılı olacaq.
Bizim.Media

Mənbə: bizim.media