Erməni generalın HÜDUDSUZ FANTAZİYASI: “Siyasətçiləri də başlarını itirib, hərbçiləri də...” – REAKSİYA

Erməni generalın HÜDUDSUZ FANTAZİYASI: “Siyasətçiləri də başlarını itirib, hərbçiləri də...” – REAKSİYA<span class="qirmizi"></span>

 

“Elə bil Azərbaycanla müharibədə darmadağın olan Ermənistan deyil, başqa ölkədir”.

 

Bu fikirləri Ermənistan Müdafiə Nazirliyi Hazırlıq İdarəsinin sabiq rəisi, general-mayor Valerik Koçaryanın “Azərbaycan ciddi itkilərlə üzləşdiyi üçün sülh müqaviləsini imzalamağa tələsir” fikrinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Ermənistanın siyasi elitası Azərbaycana məğlubiyyətdən sonra ölkənin düşdüyü vəziyyəti real qiymətləndirə bilmirsə, bu halda erməni hərbçilərinin sərsəmləməsi təbii qarşılanmalıdır:

“Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı sarsıdıcı məğlubiyyətə uğratdı. Əgər Rusiyanın müdaxiləsi olmasaydı, Ermənistanın bir dövlət kimi mövcudluğu belə sual altına düşəcəkdi. Bunu hər kəs bilir.

O da qeyd olunmalıdır ki, müharibədə qalib gələn Azərbaycanın tətbiq etdiyi müasir savaş taktikası dünya hərb sənətində çox mühüm yenilik kimi qarşılanıb və dünyanın bir çox ölkələri bu taktikanı öyrənir, onu mənimsəməyə çalışır.

Ancaq dünyanın bildiyi bu reallığı öz ağıllarınca qiymətləndirən ermənilər, doğrudan da, sanki xəyal dünyasına düşüblər və elə bil, Azərbaycanla müharibədə darmadağın olan Ermənistan deyil, başqa ölkədir.

Diqqət etmisinizsə, Ermənistan rəsmiləri Azərbaycanla sülh müqaviləsinin imzalanmasına dair bir-birini təkzib edən fikirlər səsləndirməkdədirlər. Yəni onların siyasətçiləri də başlarını itirib, hərbçiləri də… Buna başqa ad vermək olmur. Ancaq Azərbaycan dövləti və Ordusu Ermənistanı gerçəkliyə qaytarmağa hər an hazırdır”.

A.Zeynalov

www.yenicag.az

Mənbə: yenicag.az