Yunanıstan ABŞ-ın ən etibarlı tərəfdaşıdır - Miçotakis

Yunanıstan ABŞ-ın ən etibarlı tərəfdaşıdır - Miçotakis<span class="qirmizi"></span>

Yunanıstan ABŞ-ın dünyanın xüsusilə problemli yerlərində ən etibarlı tərəfdaşıdır.

Axar.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakis ABŞ səfəri zamanı bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Co Baydenlə görüşdə ikitərəfli əməkdaşlıq strategiyasının gücləndirilməsini müzakirə etmək niyyətindədir:

“Bu, şəxsən mənim üçün və Yunanıstan üçün mühüm səfərdir, çünki Yunanıstanın müstəqillik mübarizəsinin başlanmasının 201-ci ildönümünə təsadüf edir. Səfər keçən il baş tutmalı idi, lakin pandemiya səbəbindən bu il üçün nəzərdə tutuldu”.

Mənbə: axar.az